Azərbaycan millisi Litvaya qalib gəldi – Yenilənib

Azərbaycan millisi Litvaya qalib gəldi – Yenilənib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olub.

Vilnüsdəki “Jalgiris” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Esra Manya (20-ci dəq.) və Nigar Mirzəliyeva (55) vurublar.

Bu qələbə sayəsində 2 oyundan sonra Azərbaycan millisi xalını 4-ə yüksəldib. Qrup lideri Monteneqronun da eyni xalı var. Aprelin 8-də Azərbaycan millisi səfərdə məhz bu komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda keçirilən Azərbaycan – Montenqro matçı heç-heçə ilə (0:0) başa çatıb.

COMMENTS