19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığma Şimali İrlandiyada Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 ilk matçda Farer adalarını 2:0 hesabıyla məğlub edib.
Avropa çempionatı
2-ci seçmə mərhələ
9 aprel
17:00. Azərbaycan – Malta – 1:2
Qollar: Səfərəliyev, 1 (1:0), Villis, 62 (1:1) Farrugia, 69 (1:2)
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)
İnver Park. Larne
COMMENTS