Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandasının sabiq futbolçusu Samirə Məmmədzadənin müsahibəsi
– Necə oldu ki, futbola başladın?
– 1996-ci ildə Bakıda anadan olmuşam. 3 ildir futbolla məşğulam. Bu idman növünə uşaq vaxtından həvəsim olub. Sadəcə, Azərbaycanda qadın futbolu yox idi. Sonra atam maraqlandı. Qız futbolu olduğunu bildikdən sonra, məni futbola yazdırdı.
– Bizdə qızın futbolla məşğul olmasını mentalitetə uyğun görmürlər. Lakin bunun qarşılığında bu gün kifayət qədər qız futboldadır. Buna səbəb nədir?
– Əslində futbola başqa səbəbdən gələnlər heç vaxt irəli getməyəcəklər. Kiminsə futbol həvəsi var, kiminsə də hər hansısa bir həvəsi.
– Nəyi nəzərdə tutursan: Bir az açıq danışa bilərsən?
– Sözünü düzünü deyim: “lezbiyanka”lığı.
– Nəhayət, bunu açıq şəkildə etiraf edən oldu. Bu barədə səni cəsarətli saymaq olar?
– Mən ürəkli biriyəm. Sözü həmişə açıq deyirəm.
– Bunu etiraf etməkdən niyə qaçırlar?
– Etiraf etmək üçün ürəkləri yoxdur, ya da nədənsə çəkinirlər. Üzərlərindın atırlar.
– Sən də “lezbiyanka”san?
– Yox, Allah eləməsin. Elə iş etməkdənsə, ölərəm.
– Bu hala münasibətin necədir?
– Çox pis. Mən hələ də qızın qızla münasibətini anlaya bilmirəm. Azərbaycanlı adına yaraşmır.
– Bəs komanda yoldaşların, ya da millidə belələri var?
– Bəli var. Klublarda da, millidə də.
– Çox güman ki, ad açıqlamayacaqsan…
– İstəmirəm ad çəkim.
– Heç olmasa deyə bilərsənmi: bunlar legionerlərdir, yoxsa yerlilər?
– Legionerlər də var, azərbaycanlılar da. Amma legionerlər arasında daha çoxdur.
– Bir qızın “lezbiyanka” olduğunu necə anlaya bilirsən?
– Geyiminə, saç düzümlərinə baxmayaraq, qızlara qarşı münasibətindən anlamaq olur. Geyimə qalsa, mən də idman üslubunda geyinirəm.
– “Lezbiyanka”lığa meyl qız uşaqlarında futbola gəldikdən sonra yaranır, yoxsa elə o vəziyyətdə gəlirlər?
– Onlar uçuruma gedirlər. Ağıllarını başlarına yığsalar, yaxşı olar. Özləri-özlərini yoldan çıxarırlar.
– Deyəsən, bu “lezbi”lər səni yaman özündən çıxarır?
– Belə şeylər görəndə əsəbiləşirəm. Həyata nifrət edirəm. Mənə də belə təkliflər gələndə cavablarını verib yola salıram.
– Hansısa bir hərəkəti göz-önündə ediblər, görmüsən?
– Açıq-aşkar görməmişəm. Təbii ki, nə hərəkət etsələr, gizlicə edərlər.
– Deyirsən sənə təklif ediblər. Necə olub, yaxınlaşıb nə deyib?
– “Facebook”da yazıblar. Hələ ki real həyatda yaxınlaşmayıblar. “Nə qəşəngsən, tanış olaq” yazıblar. Hətta deyiblər ki, “mən lezbiyəm, “para” olaq”. Demişəm: “get, işinlə məşğul ol”.
– Bu təklifi hazırda qızlardan ibarət komandalarda olanlar edib?
– Bəli.
– Bu, artıq qadın futbolunda adı hala çevrilib?
– Bəli, onlar üçün adı haldır.
– Ailələrindən bilən var, yoxsa elə onlar bilməsin deyə gizlədirlər?
– Məncə, ailələrinin xəbəri yoxdur. Olsaydı, övladlarına sahib çıxardılar.
– Mətbuatda bu haqda yazılanda, narahat olublar ki, ailələri oxuyacaq?
– Xəbərim yoxdur.
– Biləndə ki, dostluq etdiyin qızlar da bu yola keçib, dostluğu pozursan?
– Xeyr, davam edirəm. Özləri bilər. Güya mən desəm, eləməyəcək?!
– Səni də bu yola çəkməyə çalışıblar?
– Xeyr, hec vaxt bu mövzuda söhbətimiz olmayıb.
– Sənin onları ifşa etməyinə necə münasibət göstərəcəklər?
– Kimdənsə qorxmuram ki, deməyim. Lazım olsaydı, deməzdim.
– Bəs deməkdə səbəbin nədir, onlara dərs vermək, yoxsa mübarizə aparmaq?
– Özləri başa düşsünlər, yığışdırsınlar belə hərəkətləri. Mübarizə aparıram.
– Səncə, bunun xeyri olacaq?
– İnşallah olar. Əminəm ki, ağıllı insanlara dərs olacaq.
– Sizin və millinin məşqçiləri bu haqda məlumatlıdırlar?
– Bilmirəm.
– Millinin keçmiş baş məşqçisi Zamin Əsədullayev bir neçə ay öncə saytımıza müsahibəsində komandadan elələrini qovduğunu söyləmişdi…
– Yəqin ki, düzdür. Komandada elə hərəkətlər olmamalıdır. Kənarda nə istəyirlər, etsinlər.
– Heç belə şeyləri görüb futbola gəldiyin üçün peşmançılıq hissi keçirmisən?
– Xeyr, futbola nifrətim olmayıb. Amma istəyirdim uzaqlaşım. “Lezbiyankalar”ın çoxu Zamin müəllimin getməsinə çox sevindilər. Mən çox təəssüf edirəm ki, belə bir məşqçini Azərbaycan futbolundan uzaqlaşdırdılar.
– Onun getmə səbəbini bilirsən?
– U-17 millisində nəsə hadisə olmuşdu. Dəqiq məlumatım yoxdur.
– Millidə oynamaq üçün qızları necə seçirlər, qabiliyyətə, yoxsa “day-day”a görə?
– Millidə qızlar var ki, güclü oynanırlar. Bəziləri var ki, heç bacarığı yoxdur. Yəqin ki, arxalarında AFFA-da yüksək vəzifədə çalışan tanışları var.
COMMENTS