“Azərbaycan millisini yaxşı tanıyırıq”

“Azərbaycan millisini yaxşı tanıyırıq”

“Nikbin əhval-ruhiyyədəyik. Elit-raunda vəsiqə uğrunda yarışda keçirdiyimiz üç görüşün hamısında qələbə qazandıq. Bunun üçün xoşbəxtik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Filipe Ramos deyib.

Portuqaliya mətbuatına danışan təcrübəli mütəxəssis Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarında qarşılaşacaqları Azərbaycan millisini yaxşı tanıdığını bildirib:

“Bilirik ki, bu dəfə işimiz daha çətin olacaq. Çünki rəqiblərimizi yaxşı tanıyırıq. Serbiya, Xorvatiya və Azərbaycanın gücünə bələdik. Yenə keçirəcəyimiz hər üç oyunda qalib gəlsək, əla olar. Mümkün olan və olmayan hər şeyi edəcəyik ki, final mərhələsinə vəsiqə qazanaq. Komandanın potensialı buna imkan verir”.

Qeyd edək ki, martın 17-də Serbiya ilə qarşılaşacaq Portuqaliya yığması iki gün sonra millimizlə üz-üzə gələcək. Filipe Ramosun komandası turnirdə son oyununu martın 22-də Xorvatiyaya qarşı keçirəcək.

COMMENTS