“Azərbaycan millisinin güclü tərəflərini bilirik”

“Azərbaycan millisinin güclü tərəflərini bilirik”

“Azərbaycan millisinin güclü tərəflərini bilirik. Bakıdakı görüşdə onlar standart vəziyyətlərdən bizə problem yaratdılar”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqorits “Avro-2017″nin seçmə mərhələsində bu gün qarşılaşacaqları millimizlə oyun haqda danışarkən deyib.

Avstriya mətbuatına danışan Qreqorits Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: “Azərbaycan yığması çox yaxşı müdafiə olunur. Ancaq bu müdafiəni yara biləcək xeyli texnikalı futbolçumuz var.

Keçirdiyimiz ilk iki görüşdən maksimum nəticə ilə ayrıldıq və hazırda turnir cədvəlinə başçılıq edirik. Liderliyimizi qorumaq üçün Azərbaycanla görüşdə də qələbə qazanmalıyıq. Sankt-Pölten bizim üçün yaxşı məkandır. “NV Arena”da keçiriləcək oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, azarkeşlərimiz də bizi tək qoymayacaqlar”.

Qeyd edək ki, Sankt-Polten şəhərinin “MV Arena” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

COMMENTS