Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan millisinin heyətində dəyişiklik

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin futbolçusu Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

COMMENTS