Azərbaycan millisinin üzvü “Dinamo”ya qarşı oynadı

Azərbaycan millisinin üzvü “Dinamo”ya qarşı oynadı

Ukrayna Premyer Liqasında 25-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Polesye” səfərdə “Dinamo”(Kiyev) ilə qarşılaşıb.

Görüş Kiyev təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Emil fasilədə əvəzlənib.

Bu nəticədən sonra “Polesye” 39 xalla 6-cı, “Dinamo” 54 xalla 2-ci pillədə qərarlaşıb.

COMMENTS