Azərbaycan Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsi məsələsini qaldırdı

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi haqqında təklif irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə A.Quliyev Vyanda keçirilən ATƏT PA-nın qış sessiyasında çıxışı zaman bildirib.

Deputat qeyd edib ki, Minsk Qrupu həmsədrləri tərkibinin dəyişdirilməsi münaqişənin həlli prosesində yeni ideyaların ortaya çıxmasına gətirib çıxara bilər. O, həmsədrlərin tərkibinə Almaniya və Türkiyənin daxil olunmasını təklif edib.

A.Quliyev vurğulayıb ki, Almaniyanın münaqişədə iştirak edən hər iki ölkə ilə uzunmüddətli əməkdaşlığı mövcuddur. Deputat xatırladıb ki, Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti ilə bu yaxınlarda keçirilən görüşü zaman Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırmaq niyyətini bəyan edib.

COMMENTS