“Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir” – Rusiya səfirliyi

“Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir” – Rusiya səfirliyi

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.

COMMENTS