Azərbaycan Silahlı Qüvvələri Qarabağın Əsgəran rayonunun Sərdaraşen kəndi istiqamətində irəliləyib.
DOSYE.ORG “Hərbi xəbərlər” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb.
“Azərbaycan Silahlı Qüvvələri Fərrux istiqamətindən əlavə Əsgəran rayonunun Sərdərəşen kəndi istiqamətində də irəliləyib. Kəndin inzibati rayonundakı torpaqların bir hissəsinə azərbaycanlılar nəzarət edirlər. Kəndə məxsus Xaçen vadisində 100 hektara yaxın torpaq sahəsi azərbaycanlıların nəzarətindədir, 3 hektar torpaq sahəsi azərbaycanlıların nəzərində olduğu üçün onu becərmək mümkün deyil, azərbaycanlılar kənddən təxminən 3 kilometr aralıdadır. Sərdaraşen istiqamətində hər biri 150 hərbçi olmaqla 3 Azərbaycan bölməsi yerləşdirilib. Təpədə yığılmalar ya çoxalır, ya da azalır. Kənd təpənin arxasındadır və tam görünmür” – deyə məlumatda bildirilib.
DOSYE.ORG
COMMENTS