Azərbaycan ordusu NATO səviyyəsinə çatmaq üzrədir

Azərbaycan ordusu NATO səviyyəsinə çatmaq üzrədir

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, sözügedən görüş İtaliya mətbuatının böyük marağına səbəb olub. İraliyanın aparıcı nəşrləindən olan “La Republicca” yazıb ki, Azərbaycan bir müddətdir ki, İtaliyadan irimiqyaslı silahların alınması ilə bağlı danışıqlar aparır. Bakının alış-veriş siyahısına təlim təyyarələri, hücum tüfəngləri, özüyeriyən zenit silahları, zenit-raket batareyaları, nəqliyyat təyyarələri və sualtı qayıqların daxil olduğu qeyd edilib, həmçinin görüşün əhəmiyyəti və gələcək perspektivlərindən bəhs edilib.

Sözügedən görüşlə bağlı “AzPolitika.info”-ya danışan hərbi ekspert Elxan Şıxəliyev isə bildirib ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə yaxşı vəziyyətdədir:“Müdafiə sahəsində əməkdaşlıq hələ 44 günlük müharibədən əvvəl də yüksək səviyyədə idi. İtaliyanın “Leonardo” şirkəti Avropanın qabaqcıl silah istehsalçısı hesab olunur ki, bu şirkətin məhsulları olan “M-346” təlim təyyarələri artıq Azərbaycan HHQ-nin sərəncamındadır. Həmçinin müxtəlif silah növləri və texniki avadanlıqlarla bağlı da əməkdaşlıqlar var. Hər iki tərəf bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün çalışır”.

Türkiyədən sonra, İtaliya kimi NATO üzvü ilə də hərbi əməkdaşlığın genişlənməsi Azərbaycan ordusunun daha da güclənməsi deməkdir. NATO üzvü olan ölkələrlə həm hərbi, həm də siyasi əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan silahlı qüvvələrini NATO orduları ilə uyğunlaşma tendensiyası ilə inkişaf etdirir. Bu və digər qabaqcıl silah istehsalçısı olan ölkələrlə əməkdaşlıqlar sayəsində Azərbaycan ordusu NATO səviyyəsinə çatmaq üzrədir”, – deyə ekspert bildirib.

DOSYE.ORG

 

COMMENTS