Azərbaycan polisin göstərdiyi fədakarlıq əsl QƏHRƏMANLIQDIR

Azərbaycan polisin göstərdiyi fədakarlıq əsl QƏHRƏMANLIQDIR

Belə bir deyim var ki, vicdanı olan insan, dövlətə, Vətənə bağlı olar və eyni zamanda öz polisinə inanır, etibar edir. Çünki, vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayarlar. Polisə niyə hörmət edirlər? Çünki, qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edən məhz polislərimizdir. 

Etiraf edək ki, həftə ərzində və hər günün 24 saatını təhlükəsizlik yaşamaq istəyən vətəndaşlarımız ilk öncə polislərə minnətdardır. Əlbətdə ki, polis-vətəndaş münasibətləri yüksək olduqda cinayətkarlığla mübarizə ictimayət üçün bir o qədər də müşkül məsələ deyil. Təbii ki, polis orqnlarında xidmət edən cəsur, mərd, igid polislərimiz təhlükəsizliyimizə tam qarant durduğu hər bir vətəndaşa bəllidir.

Şübhəsiz bütün peşələr bir -birində fərqli və daha maraqlıdır.

İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Məsələn, yola saldığımız Novruz bayramı günlərində vətəndaşlarımız bir həftə istirahət edir, polis əməkdaşları isə gücləndirilmiş iş rejimində işləyir. Bəs bu bayram günlərində kim bütün günü təhlükəsizliyin keşiyində dayandı, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün öz canını, qanını əsirgəmədi, təhlükənin üzərinə getdi? -Təbii ki, polis! Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır.

Əfsüslər olsun ki, bu gün bəzi insanlar polisin misilsiz əməyinə kölgə salmağa çalışır. Onların fəaliyyətlərinə qara yollarla mane olmağa cəhd göstərirlər. Üstəlik sosial şəbəkədə lazımsız və mənasız məlumatları tirajlamaqla nəyəsə nail olmağa çalışırlar. Heç bir effekt vermədiyi halda şər və böhtan atmağa da imkan axtaran bəzi media qurumları dərk etməlidirlər ki, ən çətin anlarda polisə müraciət edir və hüquqlarını qorumağ imdad diləyirlər.

Azərbaycan polisi qüdrətli, sədaqətli və cəsur oğullardan təşkil olunmuş polislərdir. Onları heç bir müqavimət durdura bilməz. YAŞASIN AZƏRBAYCAN POLİSİ…

DOSYE.ORG

COMMENTS