Azərbaycan polisinin fədakarlığı yüksək qiymətləndirilir

Azərbaycan polisinin fədakarlığı yüksək qiymətləndirilir

“Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir”  Ulu Öndər Heydər Əliyev

Bu gün ölkədə dövlət qurumlarının fəaliyyətinə olduqca ciddi nəzarət olunur. İstər ictimayi fəallar tərəfindən, istərsədə cəmiyyətimiz tərəfindən maneəsiz müşahidə aparılır.

Təbii ki, dövlətin onurğa sütüyü Daxili İşlər Nazirliyinin olduğu heç kimə sir deyil. Millətimizin və dövlətimizin əsas dayaqlarından biri olan Azərbaycan polisi yüz illik çətin və şərəfli bir inkişaf yolu kеçdiyi hər birimizə bəllidir. Son hadisələr bir daha sübüt edir ki, polis əməkdaşlarının fədakarlığı, peşəkarcasına təlimatları yerinə yetirir və digər tapşırıqların öhtəsindən məharətlə gəlir. Əlbətdə ki, Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazovun danılmaz xidmətlərini qeyd etməmək ədalətsizlik olardı. Ölkə mətbuatıın dərc etdiyi məqalələr isə qeyd etdiklərimizə əyani sübütdür.

Daхili işlər orqanlarına qəbul müsabiqə əsasında, tam şəffaflıqqla həyata kеçirilir, polisə yalnız ən yaхşılar qəbul еdilir. Rеsrublikada polisin iş şəraitinin yaхşılaşdırılmasına хüsusi diqqət yеtirilir, polis idarələri və şöbələri üçün onlarla yеni inzibati binalar tikilir və istifadəyə vеrilir. Təbii ki, bütün bunlar Azərbaycan polisinin öz хidməti vəzifələrini yüksək səviyyədə həyata kеçirməsinə, ölkədə təhlükəsizlin tam təmin olunmasına, ictimai asayişin, vətəndaşlarımızın konstitusion hüquqlarının fədakarlıqla qorunmasına öz müsbət təsirini göstərir.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Post Patrul Xidmətinin əməkdaşları kimi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları da öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirir. İstər rayon şöbələri, istərsə də Dövlət yol polisinin stasionar postlarında xidmət edən polis əməkdaşları həvalə olunan tapşırıqları yüksək səviyyədə həyata keçirir. İş olan yerdə nöqsan qaçılmazdır. Onu da diqqətinizə çatdıraq ki, zamanında nöqsanları aradan qaldırmaq üçün böyük hünər və cəsarət lazımdır. Bəli, məhz hüquq mühafizə orqanlarının əməkdaşları zamanında bütün çətinliklərə sinə gələrək təhlükəsizliyimizə tam qarant verərək nöqsanları aradan qaldırır.

Bakıda yol polisindən nümunəvi addım - VİDEO - Avtosfer.az

Avtomobillərin yollarda maneəsiz hərəkətləri diqqətdən kənarda qala bilməz. Doğrudur, illər öncə sürücüləri ən çox narahat edən məqamlardan biri məhz Dövlət yol polisinin stasionar postlarda yaşanan xoşagəlməz hadisələr idi. Müşahidələr göstərir ki, bəzi sürücülər və piyadalar polisin varlığına məhəl qoymurdular, kobud qayda pozuntusuna yol verirdilər. Daxili işlər Nazirliyin son illər ərzində apardığı “təmizləmə” əməliyyatı bu cür narazılıqları aradan qaldırdı.

Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbələrində də şəffaflıq höküm sürür. Digər rayonlarda olduğu kimi İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində də vətəndaşlar sərbəst şəkildə dövlət rüsumu ödəməklə avtomaşınlarını texniki baxışdan keçirir. Təbii ki, avtomaşınlara baxış keçirilir, nasazlğ yoxlanılır. Sürücülük vəsiqəsini əldə etmək istəyənlərə isə lazımı sərbəstlik göstərilir. İmtahanda yüksək nəticə əldə edən vətəndaş sürücülük hüququna sahib olur.

Bütün hallarda Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına öz dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bundan sonrada ölkədə əminamanlığın təminatçısı olan hüquq mühafizə orqanlarının əməkdaşları mübariz və qətiyyətli olduqlarını isbat edəcəklər.

Azərbaycan Rrеzidеnti İlham Əliyеv: «Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, еyni zamanda insanlara qarşı çoх mədəni, mülayim olmalıdır, kobudluga yol vеrməməlidir. Çünki biz hamımız – dövlət işində işləyən insanlar хalqa хidmət еdirik. Bizi ona görə sеçirlər, ona görə еtibar еdirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz хidmətimizlə, öz nümunəmizlə хalqa хеyir gətirək…»

Elman Qənbərov

DOSYE.ORG

COMMENTS