Rektor Akif Süleymanov qış imtahan sessiyasında hər qrup üzrə konkret “rüşvət” tələb edir
Azərbaycan təhsili bərbad gündədir və onu vəziyyətdən çıxarmaq üçün tədbirlər görülməsi əvəzinə, durumu daha da ağırlaşdıracaq addımlar atılır. Bir neçə gün bundan əvvəl TQDK-nın açıqladığı rəqəmlərdən də aydın şəkildə görünürdü ki, problem artıq kritik həddi keçib.
Ali təhsil müəssisələrində isə vəziyyət daha ağırdır. Rüşvətsiz keçinmək mümkünsüzdür və tələbələr də bundan əziyyət çəkdiklərini gizlətmirlər. Məsələn, Texnologiyalar Universitetində durum o qədər ağırdır ki, tələbələr nə edəcəklərini bilmirlər. Bu barədə Dosye.org kifayət qədər məlumat verib. Tələbələrin dediyinə qış imtahan sessiyası başa çatsa da, sözügedən universitetdə rüşvət yığımı hələ də dayanmayıb.
Belə ki, bəzi tələbələr imtahan sessiyası dönəmində onlardan tələb olunan pulu verə bilmədiyindən qiymətlərini “nisyə” yazdırıb. Yenitədris dövrü başladıqda isə “nisyə” qiymət yazdırmalarının haqqını müəllimlərinə çatdırıblar. Məlumatda deyilir ki, müəllimlərin belə bir varianta baş vurmasının səbəbi rektor Akif Süleymanov onlardan konkret pul tələb etməsi olub.
Qarşı tərəfi də dinləməyə hazırıq.
P.S. Nə qədər ki, Akif kimilər ali təhsil ocaqlarına rəhbərlik edir rüşvət və özbaşınalıq daha da “çiçəklənəcək”. Təhsil Naziri Mikayıl Cabbarovun susması olduqca maraqlıdır..
COMMENTS