
Həmin bildiridə də vətənsevər Türk aydınlarının adından yazılır ki, Türkiyədə baş verən son olaylar sonuncunda Türkiyə dövlətinin ittiham olunması doğru deyildir. Bunu başqa yerlərə yozaraq Türk dövlətinə, türk vətəndaşlarına qarşı bir qrup terror tərəfdarlarının çırkin üsullara əl ataraq imzatoplama kampaniyasına başlaması tamailə yanlışdır. Buna cavab olaraq da Türkiyədə Türk Aydınları, Türk Ocaqları Türkiyə dövlətinin və milli kimliyindən asılı olmayaraq Türkiyə vətəndaşlarının haqqlarını qorumaq, terroru və terrorçuları dəstəkləyənlərə qarşı çıxmaq üçün səsvermə keçirir.
Türk Ocaqlarının başlatdığı və sabah başa çatacaq bu səsverməyə Azərbaycandan da dəstək verilib. Onlardan biri də AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğludur. F. Qəzənfəroğlu bu səsvermədə Türkiyə Aydınlarının yanında olduqlarını bildirib və Türk dövlətinin, Turkiyə vətəndaşlarının rifahı, haqlarının qorunması üçün hər kəsi bu səsvermədə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə hökumətinin cənubi-şərqi Anadoluda apardığı mübarizə yalnız Türkiyənin bütövlüyü və yerli xalqlarını müdafiəyə yönəlmişdir. Özəlliklə, Türkiyə dövləti PKK kimi terror təşkilatlarını aradan qaldırmaq və onun havadarlarının istəklərini birdəfəlik aradan qaldırmaq baxımından doğru yoldadır.
COMMENTS