Azərbaycan millisinin “DÇ-2018″in seçmə mərhələsinin püşkü zamanı hansı səbətdə yer alacağı müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, yığmamız 5-ci səbətdə yer alıb.
Millimizlə yanaşı, Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova komandaları da beşinci səbətdə qərarlaşıb.
Bu isə o deməkdir ki, yığmamız “DÇ-2018″in seçmə mərhələsində həmin komandalarla eyni qrupa düşməyəcək.
Qeyd edək ki, yalnız İtaliya və Xorvatiyanın hansı səbətdə yer alacağı müəyyənləşməyib. Buna axşam keçiriləcək İtaliya – Portuqaliya yoxlama matçından sonra aydınlıq gələcək. İtaliya qalib gələcəyi təqdirdə I səbətdə qərarlaşacaq. Əks təqdirdə I səbətdə Xorvatiya millisi yer alacaq.
Xatırladaq ki, 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisi seçmə mərhələnin oyunlarından azaddır.
1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Portuqaliya, İtaliya/Xorvatiya
2-ci səbət: İtaliya/Xorvatiya, İsveçrə, Avstriya, Slovakiya, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya
5-ci səbət: Kipr, Azərbaycan, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra
COMMENTS