Top.Mail.Ru

Azərbaycan vətəndaşı Havayda böyük skandal yaratdı: Həbs edildi

Azərbaycan vətəndaşı Havayda böyük skandal yaratdı: Həbs edildi

ABŞ-ın Kaliforniya ştatının Reseda şəhərində yaşayan Azərbaycan vətəndaşı Abdulla Əliyev bu ölkədə tüğyan edən və artıq 90 minə yaxın insanın ölümünə səbəb olan koronavirus pandemiyasına baxmayaraq Havay adalarına əylənməyə, istirahətə gedib. 

Üstəlik Havay çimərliklərində çəkilmiş fotolarını, açıq havada necə əyləndiyinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb. Və Los-Ancelesə geri dönməyə hazırlaşanda həbs olunub.

“Dosye.org” Virtualaz.org-a istinadən bildirir ki, Abdulla Əliyev (digər adı Turqut Əliyevdir) ötən şənbə günü səhər saatlarında Havay ştatının Daniel K. Inouye beynəlxalq aeroportunda saxlanılıb. Onun Los-Ancelesə uçan təyyarəyə minməzdən bir saat əvvəl həbs olunduğu bildirilir. Polislər Əliyevin izinə onun sosial şəbəkələrdəki qeydləri əsasında düşüblər, belə ki, Azərbaycan vətəndaşı aerportdan foto paylaşıb və tezliklə Los-Ancelesə uçacağını yazıb.

Havay ştatının tətbiq etdiyi karantin qaydalarına əsasən ştata gələnlər 14 günlük məcburi özünütəcrid vəziyyətində qalmalıdır. Lakin Əliyev Oahu adasına mayın 1-də gedib və Vaikiki şəhərində Airbnb plaforması üzərindən kirayələdiyi mənzilə yerləşib, amma tezliklə mənzili tərk edib və Havay adalarının gözəl iqlimindən faydalanmaq, dincəlmək və əylənmək qərarına gəlib.

Əliyev çimərlikdə, Foster botanika bağında və adanın digər görməli yerlərində çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıb, habelə öz bloqunda avtobusla ştat boyu səyahət etdiyinə dair görüntülər yayıb. Vətəndaşlar isə onun sosial şəbəkələrdəki postlarını görərək yerli hakimiyyət orqanlarını, o cümlədən Baş prokurorluğa karantini pozan şəxs barədə xəbərdar ediblər.

Nəticədə hakimiyyət orqanları Əliyevin izinə düşüb və hər gün onu axtarıb. Nəhayət polislər onu aerportda yaxalayıblar. Havay sakinlərindən biri hətta sosial şəbəkələr üzərindən Əliyevi xəbərdar edib ki, qubernatorun tətbiq etdiyi fövqəladə vəziyyət qaydalarını pozub. Cavabında Əliyev yazıb: “Bəli, bilirəm, çünki Honolulu polisi mənə 460 dollara icazə verib”. Lakin Havay Baş prokurorluğu Əliyevin dediklərini yalan adlandırıb və bu sözlərinə görə ona qarşı karantin qaydalarını pozmaqla yanaşı hakimiyyət orqanlarının adından saxta məlumat yaymaq ittihamı da irəli sürülüb.

“Biz və Havay adalarının  əksər sakinləri istər qonaq olsun, istər başqa ştatlardan qayıdan sakinlər olsun, hazırda qüvvədə olan fövqəladə vəziyyət qaydalarını pozan istənilən şəxsə dözümsüz münasibət bəsləyirik. Məqsədimiz hər kəsi qorumaq və Havay adalarında koronavirusa yoluxma hallarının artmasına imkan verməməkdir. İndiki hal onu göstərir ki, əgər siz karantin qaydalarını pozursunuzsa barənizdə xəbər verəcəklər və siz həbs olunacaqsınız”,-Havay ştatının Baş prokuroru Kleyer Konnors bildirib.

DOSYE.ORG

Azərbaycan vətəndaşı Havayda böyük skandal yaratdı: Həbs edildi   Azərbaycan vətəndaşı Havayda böyük skandal yaratdı: Həbs edildi 

COMMENTS