Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü – FOTO

Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü – FOTO

Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

DOSYE.ORG qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Voronij şəhərində baş verib.

Hərəkətdə olan BMW markalı avtomobil Azərbaycan vətəndaşı Quliyev Hüseyn Rəşid oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobillə toqquşub.

Nəticədə H.Quliyev hadisə yerində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, H.Quliyevin cənazəsi sabah axşam doğulduğu Ağcabədi rayon Avşar kəndinə gətiriləcək.

DOSYE.ORG

1277643_(1).jpg (37 KB)

COMMENTS