Top.Mail.Ru

Azərbaycan yığması səfərdə Kipr millisinə qalib gəldi

Azərbaycan yığması səfərdə Kipr millisinə qalib gəldi

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirdi.

Trend-in məlumatına görə, C Liqasında 1-ci qrupun II tur matçında Nikosiyada Kipr millisi ilə görüşüb. Oyun millimizin qələbəsi ilə yekunlaşıb – 1:0.

Qolu 29-cu dəqiqədə kapitan Maksim Medvedev vurub.

Beləliklə Azərbaycan 3 xalla 3-cü pillədə yer alıb. Qrupda ilk pillədə səfərdə Lüksemburqu yenən Monteneqro 6 xalla qərarlaşıb. 3 xala malik Lüksemburq isə 2-cidir. Kipr isə yeganə xalsız komanda kimi son pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS