Azərbaycanda ən çox istifadə olunan 10 sayt

Azərbaycanda ən çox istifadə olunan 10 sayt

Azərbaycanda fevral ayında ən çox istifadə olunan 10 elektron xidmətdən 4-ü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) payına düşüb.

Nazirlikdən Moderator.az -a verilən məlumata görə, RYTN-lə yanaşı, e-xidmətlərindən ən çox istifadə olunan qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yer alıb.

İstifadəçilər fevralda RYTN-in 4 elektron xidmətindən ümumilikdə 175 min 667 dəfə yararlanıb. Nazirliyin “Telefon nömrəsi üzrə axtarış” xidmətində 72 min 165, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətində 45 min 819 istifadə sayı qeydə alınıb. “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 35 min 457, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 22 min 226 dəfə istifadə olunub.

COMMENTS