Azərbaycanda avtobus aşdı – Xəsarət alanlar var (YENİLƏNDİ)

Azərbaycanda avtobus aşdı – Xəsarət alanlar var (YENİLƏNDİ)

Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

DOSYE.ORG xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

“Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, – TƏBİB-dən bildirilib.

***17:02

Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

 

DOSYE.ORG xəbər verir ki, yaralılar Qusar rayon sakinləri – Liana Nəriman qızı Mikayılova, Lamunat Misənnif qızı Bədəlova, Milyanə Vəzirxan qızı Şıxzadayeva, Ruslan Əmiraslan oğlu Əmiraslanov, Aksana Mövlud qızı Beydiyeva və Aysel Mayis qızı Cavadovadır.

Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***16:14

Qusar rayonunda yol qəzası baş verib.

 

DOSYE.ORG xəbər verir ki,  Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

COMMENTS