Top.Mail.Ru

Azərbaycanda bu markalı benzin də bahalaşdı

Azərbaycanda bu markalı benzin də bahalaşdı

 

Azərbaycanda bu markalı benzin də bahalaşdı
Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

“Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.

COMMENTS