Azərbaycanda daha bir radio yayıma başlayıb. Sputnik Azərbaycan radiosu “Araz” radiostansiyasının dalğasında (103.3 FM) həftədə beş gün saat 10.00-dan 20.00-dək hər saatın əvvəli xəbər buraxılışları ilə canlı yayıma çıxır.
Sputnik Agentliyinin Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, Radio gün ərzində ən aktual dünya və region xəbərlərindən ibarət 11 informasiya buraxılışı ilə Azərbaycan dilində efirə qoşulur. Radioburaxılışlar həmçinin internetdə izləmək və ya mətn və audio formatında Sputnik Azərbaycan portalının multimedia bölməsində tanış olmaq olar.
Sputnik informasiya portalı Azərbaycanda 2015-ci ilin mayında sputnik.az və ru.sputnik.az saytlarında fəaliyyətə başlayıb.
Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri olan beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.
COMMENTS