Top.Mail.Ru

Azərbaycanda devalvasiya olacaq? – AÇIQLAMA

Azərbaycanda devalvasiya olacaq? – AÇIQLAMA

Koronavirus infeksiyasının bütün dünyada yaratdığı çətinliklər iqtisadiyyatdan da yan keçməyib. Pandemiya bir çox ölkələrdə devalvasiyaya səbəb olub.

Dosrye.org Qazet az-a istinadla xəbər verir ki, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Pandemiyanın davam etməsi, Azərbaycanda sərt karantin rejiminin hələ də qüvvədə qalması iqtisadi baxımdan hansı geriləməyə səbəb ola bilər? Ölkədə növbəti devalvasiya dalğası yaşana bilərmi?

Qazet.az-ın suallarını cavablandıran millət vəkili Vüqar Bayramov bildirib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı qərar Mərkəzi Bank tərəfindən verilə bilər.

“Mərkəzi Bank birmənalı şəkildə məzənnəni müəyyənləşdirən və məzənnəyə təsir edən qurumdur. O baxımdan, hansı qərarın veriləcəyi Mərkəzi Bankdan asılı olacaq.

Bütövlükdə isə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri var. Bu təsirlər təkcə bizim iqtisadiyyatda deyil, qlobal və digər milli iqtisadiyyatlarda da müşahidə edilir. Azərbaycan aprel ayında ilkin qiymətləndirmələrə görə, gündəlik olaraq 110-150 milyon manatlıq zərər yaradırdı. Birinci rübün yekunlarında tədiyyə balansında defisit var. Bu da daha çox maliyyə hesablaşmaları üzrə fərqin yaranması ilə bağlıdır. Amma 4 aylıq yekunlarda Azərbaycan ixracatı, Azərbaycan idxalından çoxdur. Gözlənilir ki, bu proses bu ilin 5-ci ayında da qorunub saxlanılsın. Baxmayaraq ki, beş ayda 5 faiz azalma qeydə alınıb”, – deyə Vüqar Bayramov qeyd edir.

Hazırda xarici ticarət dövriyyəsində ölkəyə daxil olan valyutanın həcmi idxal yolu ilə ölkədən çıxan valyutanın həcmindən daha çoxdur.

“Ölkəyə daha çox valyuta daxil olub. Mövcud məzənnə ilə Dövlət Neft Fondu 2020-ci ildə dövlət büdcəsinə 6.5 milyard dollar vəsait transfer etməlidir. Fondun aktivlərinin 40 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu gün fondun aktivləri onun 2020-ci ildə büdcə qarşısında olan öhdəliklərindən 6 dəfədən çox artıqdır. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliklərini və eyni zamanda valyuta bazarında tələb olunan valyutanı mövcud aktivlərlə çıxarma imkanına malikdir”.

Pandemiya davam edəcəyi təqdirdə devalvasiya ola bilərmi? – sualına gəlincə:

“Bütövlükdə məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın qısa və uzunmüddətli strateji planlaşdırmasından asılı olacaq. Pandemiya daha uzun müddəti əhatə edərsə, bu, qlobal və milli iqtisadiyyatlara təsir etməkdə davam edəcək. Güman edilir ki, davam edəcəyi təqdirdə, növbəti dövrlərdə də bizim iqtisadiyyatda hiss ediləcək. Azərbaycan pandemiyanın təsirlərini minimallaşdırmağa malikdir”, – deyə millət vəkili qeyd edib.

COMMENTS