İyunun 5-i axşam saatlarında Rusiya-Azərbaycan sərhədində güclü zəlzələ baş verib.
Gürcüstanın Milli Seysmologiya Mərkəzi xəbər verir ki, zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.
Bildirilir ki, təbii fəlakət Bakı vaxtı ilə 22:40-da olub. Onun ocağı yerin 16 km dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Azərbaycanın Zaqatala şəhərindən 20 km, Gürcüstanın paytaxtı Tbilisidən isə 169 km aralıda olub.
Yeraltı təkanlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın cənubunda hiss olunub.
***
Azərbaycanın Şimal-Qərb bölgəsində 5,1 maqnituda gücündə zəlzələ olub.
Yeraltı təkanlar saat 22:40 radələrində qeydə alınıb və 1 dəqiqəyə yaxın davam edib.
Yeraltı təkanlar Qaxla yanaşı, Şəki Zaqatala, Gəncə və digər ətraf rayonlarda hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. (Report)
Dosye.org
COMMENTS