Azərbaycanda həbsxanada kütləvi dava

Azərbaycanda həbsxanada kütləvi dava

Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb. Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar. Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil. Ətraflı məlumatı öyrənməyə çalışırıq. (milli.az)

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib: “Münaqişənin qarşı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb.

Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun  tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib” . 

COMMENTS