Azərbaycanda iki avtomobil toqquşdu: Ölən və yaralı var

Azərbaycanda iki avtomobil toqquşdu: Ölən və yaralı var

DOSYE.ORG Report-a istinadən xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən “VAZ-21099” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “VAZ-21011” markalı avtomobil toqquşub.

Şahidlərin bildirdiyinə görə, qəza zamanı “VAZ-21099” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

COMMENTS