Azərbaycanda koronavirus: sutkada 300-dən az yoluxma

Azərbaycanda koronavirus: sutkada 300-dən az yoluxma

Azərbaycanda koronavirusa 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.

Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.

Ötən gün koronavirus əleyhinə 16 815 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 718, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 016 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 788, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 606 təşkil edir.

DOSYE.ORG

COMMENTS