Top.Mail.Ru

Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü – VİDEO

Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü – VİDEO

Mayın 12-də Kürdəmir rayonunda “Dördyol” kimi tanınan ərazidəki “Cavidan” marketin qarşısında 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlunun tanışı, 30 yaşlı sakini İslamov Rahim Nəsir oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülməsi barədə məlumat vermişdik.

Dosye.org Publika.az-a istinadən xəbər verir ki, hadisə marketin kamerası tərəfindən anbaan lentə alınıb.

Görüntülərdən məlum olur ki, C.Cəbrayılovla R.İslamov marketin önündə dalaşmağa başlayırlar və bir-birinin yaxasından tuturlar. Bu zaman Cəmşid Rahimə yumruqla, qarşı tərəf isə bıçaqla ona zərbələr endirir. Çoxsaylı bıçaq zərbələri alan C.Cəbrayılov ayaq üstə qala bilsə də, səndələməyə başlayır və bir neçə saat sonra xəstəxanada daxili qanaxmadan ölür.

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəbrayılov kriminal aləmə yaxın şəxs olun. Hər iki şəxs əvvəllər birlikdə məhkumluq həyatı yaşayıb və bir-birlərini tanıyıblar. Münaqişənin kiçik mübahisədən qaynaqlandığı üzə çıxıb.

Artıq qətli törədən şəxs axlanılıb və onun barəsində cinayət işi başlanıb.
Qətl hadisəsini əks etdirən videonu və öldürülən C.Cəbrayılovun bəzi fotolarını təqdim edirik.

DOSYE.ORG

COMMENTS