Boşanmaq üçün məhkəməyə gələn Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyeva əri tərəfindən öldürülüb.
“Report”un Şirvan bürosunun məlumatına görə, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər qəfil arvadına hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Qeyd edək ki, qətlə yetirilən qadın 1 uşaq anası olub.
Dosye.org
COMMENTS