“Azərbaycanda nazir də, millət vəkili də, biznesmen də bir ailədən çıxır”

“Azərbaycanda nazir də, millət vəkili də, biznesmen də bir ailədən çıxır”

“Bizneslə məşğul olan bütün nazirlər, deputatlar dərhal həbs olunmalıdır”

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında bizneslə məşğul olan nazir və millət vəkillərinin həbsinin zəruriliyi ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanda bizneslə məşğul olan bütün nazirlər və millət vəkilləri dərhal həbs olunmalıdır. Bunu qanun tələb edir. Nə olsun ki, onlar deputatdır? Bir deputat ki, öz qəbul etdiyi qanunu pozursa, onun nə haqqı var ki, adi vətəndaşlardan həmin qanuna riayyət eləməyi tələb eləsin? Azərbaycanda nazir də, hakim də, millət vəkili də, biznesmen də bir ailədən çıxır. Necə olur ki, Azərbaycanda istedad sahibləri ancaq bir qrup ailələrdən çıxır? Necə olur ki, minlərlə, yüz minlərlə ailələrin hamısı bacarıqsız oldu, bütün kadrlar, bacarıq sahibləri bir ovuc ailələrdən çıxdı?
Bunun özü də göstərir ki, ölkədə ciddi ədalətsizlik, qanun pozuntusu var və bu, aradan qalxmayacağı təqdirdə daha ciddi problemlərə gətirib çıxardacaq”.

COMMENTS