Azərbaycanda qadın evdə doğdu və öldü

Ağsu rayonunda faciəvi hadisə baş verib

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib.

Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.

Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib.

N.Əzizova daha əvvəl 2 dəfə övlad doğuş keçirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

COMMENTS