“Azərbaycanda şikayət olunmayan tibb müəssisəsi yoxdur” .
Bunu TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qeyd edib.
Onun sözlərinə görə əsaslı şikayətlər olsa da, vətəndaşlardan əsassız şikayətlər də daxil olur:
“Tibb müəssisələrində onlayn növbə sistemi işə başlasa da, sıxlıq hələ də müşahidə edilir və ən çox da şikayətlər bu yöndədir. Sadəcə vətəndaşlar növbəsiz keçməkdə maraqlıdırlar”.
Alçina Amilqızı, Bizim.Media
COMMENTS