Azərbaycanın axtardığı şəxs Rusiyada həbs edildi

İjevsk şəhərində Rusiya Daxili İşlər Nazirliyinin Udmurt Respublikası üzrə mühafizə polisi əməkdaşları 44 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə “Report” Rusiyanın Udmurt Respublikası üzrə Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxs 2015-ci ilin mayından AR Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Hazırda onun ekstradisiya olunması məsələsinə baxılır.

COMMENTS