Azərbaycanın U-21 millisi Ukraynaya uduzdu

Azərbaycanın U-21 millisi Ukraynaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşıb.  İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçirilən görüşdə U-21 millimiz 0:1 hesabı ilə uduzub. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edib.

Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.

Yığmamız seçmə mərhələdə növbəti oyununu 2024-cü ilin martın 22-də evdə İngiltərə millisinə qarşı keçirəcək.

Avro-2025, seçmə mərhələ

22:00. Ukrayna – Azərbaycan – 1:0

Qol: Volodimir Brazko, 34-pen.

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).

İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

COMMENTS