Rusiyanın “Ximki” klubunun Azərbaycan əsilli hücumçusu İlya Sadıqov Premyer Liqa təmsilçisinin rəsmi saytına müsahibə verib.
QOL.az xəbər verir ki, müsahibədə Sadıqova “Tarixi vətəniniz Azərbaycanla bağlılığınızı hiss edirsinizmi” sualı da ünvanlanıb.
O bildirib ki, öz kökündən uzaqlaşa bilməz: “Əlbəttə, Azərbaycanla bağlılıq hiss edirəm. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Azərbaycan dilini bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm”.
Qeyd edək ki, İlya Sadıqov 2021-ci ildən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
COMMENTS