“Azərbaycanla oyun daha ciddi olacaq”

“Azərbaycanla oyun daha ciddi olacaq”

“Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Azərbaycan yığması yüksək keyfiyyətli heyətə malikdir. Onlar fəal və hərəkətli kollektivdir”.

Qol.az-ın məlumatına görə, bu sözləri Latviya millisinin futbolçusu Yanis İkaunyek yığmamızla yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlamasında deyib.

 O, Azərbaycanla matçda iştirak etmək istədiyini vurğulayıb: “İki oyunda da 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi mənə Azərbaycana qarşı oynamaq şansı da verər”.

Dosye.org

COMMENTS