“Azərbaycanla oyun Qazaxıstan üçün çətin olmayacaq”

“Azərbaycanla oyun Qazaxıstan üçün çətin olmayacaq”

“Oyunun Qazaxıstan millisi üçün çətin olacağını deməzdim”.

Qol.az-ın “sports.kz” saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Qazaxıstan millisinin sabiq üzvü Sergey Ostapenenko deyib. AÇ-2012-nin seçmə mərhələsinin yığmamızla matçında Kamran Ağayevin qoruduğu qapıya yol tapan “Astana”nın hücumçusu bu gün keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb:

“Hesab edirəm ki, əgər futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirsələr, bizdə hər şey alınacaq. Hesabın 2:1 Qazaxıstanın xeyirinə olacağını düşünürəm”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Dosye.org

COMMENTS