Azərbaycanla oyuna Qazaxıstanı Çerçesov çıxarmayacaq

Azərbaycanla oyuna Qazaxıstanı Çerçesov çıxarmayacaq

Qazaxıstan millisini Azərbaycan millisi ilə yoldaşlıq görüşünə Stanislav Çerçesov çıxarmayacaq.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb. Millinin iyunda keçiriləcək yoldaşlıq görüşlərində komandaya yeni təyin edilən baş məşqçi Stanislav Çerçesov rəhbərlik etməyəcək. Komandanı Azərbaycan və Ermənistan milliləri ilə oyunlara baş məşqçinin köməkçisi Ruslan Baltiev hazırlayacaq.

Qeyd edək ki, Qazaxıstan  – Azərbaycan oyunu iyunun 7-də keçiriləcək.

Xatırladaq ki, Qazaxıstan Futbol Federasiyası Çerçesovun təyinatını iyunun 3-də elan edib. 60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan “Ferensvaroş”u olub. Onun adı Azərbaycan millisi ilə də hallanırdı.

COMMENTS