“Azərbaycanla oyunda çətin qələbə qazandıq”

“Azərbaycanla oyunda çətin qələbə qazandıq”

“Avro-2016″nın seçmə mərhələsində Bakıda millimizə 1:0 hesabı ilə qalib gələn Norveç yığmasının futbolçusu Ştefan Yohansen oyunla bağlı fikirlərini bölüşüb.

 

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan 23 yaşlı futbolçu çətin qələbə qazandıqlarını bildirib:

“Oyun ərzində qol vurmaq cəhdlərimiz yaxşı idi. Ancaq oyunumuz elə də yaxşı alınmadı. Mübarizənin çətin keçəcəyini bilirdik. Müəyyən taktiki gedişlər etdik ki, bu da işə yaradı. Çətin də olsa, qələbə qazanmağı bacardıq”.

COMMENTS