Almaniyanın U-21 yığmasının baş məşqçisi Horst Hrubeş “Avro-2017″nin seçmə mərhələsində millimizə qalib gəldikləri oyun haqda danışıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Hrubeş komandasının yığmamızla görüşdə qol buraxmasından narazı qaldığını bildirib:
“Azərnbaycanla oyunda 3 xal qazanmağımız önəmli idi. Lakin bu görüşdə qol buraxmağımız xoşuma gəlmədi. Hesabda geridə olan tərəf kimi çıxış etməyimizi istəmirdim”.
Qeyd edək ki, Almaniya millimizlə görüşün 30-cu dəqiqəsində hesabda geri düşsə də, sonradan 3 qol vurmaqla matçdan qalib ayrılıb.
COMMENTS