Azərbaycanla sərhəddə etiraz edən ermənilər HƏBS EDİLDİ

Azərbaycanla sərhəddə etiraz edən ermənilər HƏBS EDİLDİ

Ermənistanın sərhəddə yerləşən Kirants kəndində Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan sakinlər yolu bağlayıblar.

Ermənistan Daxili İşlər Nazirliyinin polis qüvvələri kəndə göndirilib. Aksiyada iştirak edən 31 nəfər saxlanılıb, onlar Tavuş rayon polis bölməsinə aparılıb.

Etirazçılar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Minatəmizləmə işləri ilə əlaqədar və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hüquq-mühafizə orqanları Kirantsda bir neçə yolu bağlayıb.

COMMENTS