Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçrənin Eskilstun şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
Azadliq.org bildirir ki, idmançımız uzunluğa tullanma yarışlarının finalında 17,04 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri italiyalı Tobia Boççi (16,51), 3-cü yeri isə ukraynalı pavel Bezniç (16,10) tutub.
Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.
Nazim Babayevin 20 yaşı var. Xatırladaq ki, o, iyunun 22-də Bakıda keçirilən Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.
COMMENTS