Azərbaycanlı futbolçu Gürcüstan millisində dubl etdi – VİDEO

Azərbaycanlı futbolçu Gürcüstan millisində dubl etdi – VİDEO

Azərbaycanlı futbolçu Amin Qarayev Gürcüstanın U-17 millisində dubl edib.

Fanat.Az xəbər verir ki, onun forma geyindiyi komanda Belarusun paytaxtı Minskdə keçirilən “Development Cup”da Moldova millisi ilə üz-üzə gəlib.

Oyun Gürcüstanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amin Qarayev 21-41-ci dəqiqələrdə iki qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. Futbolçumuz start heyətində yer alıb və sonadək meydanda olub.

Qeyd edək ki, əvvəllər “Qarabağ”ın akademiyasında futbolun sirrlərini öyrənən Amin Qarayev hazırda Tiflis “Dinamo”sunun U-19 komandasında çıxış edir.

DOSYE.ORG

COMMENTS