Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu ölkənin “Limanovya” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nəbiyev 2-ci Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Elgün Nəbiyev Azərbaycanda “Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynayıb.

COMMENTS