Azərbaycanlı narkoman komaya düşərək öldü

37 yaşlı İkram Zalov aparıldığı xəstəxanada dünyasını dəyişib
Türkiyədə yaşayan azərbaycanlı narkotik aludəçisi komaya düşərək ölüb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan əsilli 37 yaşlı İkram Zalov aparıldığı xəstəxanada dünyasını dəyişib.

Üzərinə baxşı zamanı Zalovun cibindən bir miqdar heroin aşkarlanıb. Daha sonra həmin şəxsin meyiti yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

İstanbulda yaşayan və narkotik aludəçisi olduğu iddia edilən İkram Zalov dünən 4 dostu ilə birlikdə Bursaya gəlib və qardaşını ziyarət edib. Qonaq getdiyi evdə duş qəbul edən Zalov oradaca komaya düşüb.

Yoldaşları onu huşsuz halda tapıb. Zalovun narkotik istifadəsindən sonra öldüyü güman edilir.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

COMMENTS