Azərbaycandan olan naməlum oyunçu onlayn poker yarışında 1,1 milyon dollar qazanlb.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər yayıb.
Bildirilir ki, yarışın təşkilatçıları oyunun qaydalarına uyğun olaraq oyunçunun adına anonim saxlayır.
Məlum olan budur ki, o Azərbaycandandır və yarışa 800 dollarla qoşulub.
Yarışın 40-cı raundunda həmyerlimiz 800 dollar ilə öz uduşunu 550 min dollara qədər artırıb. Son paylamada o banka gedib və öz uduşunu ikiqat artıraraq yarışın qalibi olub.
COMMENTS