Azərbaycanlı sənətçi həlak oldu

Şirvanda Saatlı rayonundan olan tanınmış “Qardaşlar qrupu”nun bir üzvünü avtomobil vuraraq öldürüb.

Milli.az APA-ya istinadən bildirir ki, bu günə Şirvan şəhərinin “Yeganə” şadlıq sarayında təyin olunan toy mərasimində iştirakı planlaşdırılan qrupun üzvlərindən biri- nağara ifaçısı 1967-ci il təvəllüdlü Mirzəyev Rəfayıl Əliheydər oğlu yolu keçərkən avtomobil vurub.

Rəfayıl Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qrup baş vermiş faciə ilə əlaqədar şadlıq sarayında nəzərdə tutulan toy mərasimində iştirakdan imtina edərək oranı tərk edib.

COMMENTS