Azərbaycanlı teleaparıcı: “Həyatımda bir “qasırğa” qopmaqdadır…”

Azərbaycanlı teleaparıcı: “Həyatımda bir “qasırğa” qopmaqdadır…”

Teleaparıcı Kəmalə Piriyevanın Milli.Az-a müsahibəsi.

 

– Kəmalə xanım, aparıcısı olduğunuz “Piknik” verilişi bu mövsümlük başa çatdı. Digər verilişlər tətildən qayıdıb yeni mövsümə başlayır, siz isə əksinə, mövsümə indi xitam verirsiniz. Bu tərs mütənasiblik nə ilə əlaqədardır?

– Bu mövsüm kifayət qədər işlədik. Çəkilişlərimiz çox oldu. Tətilə məhz indi çıxmağımıza elə də bir səbəb yoxdur. Lakin deyə bilərəm ki, verilişin formatı da buna qismən təsir etdi.

– Son zamanlar xəbər portallarında şəkilləriniz paylaşıldı və açıq-saçıq adıyla təqdim olundu. Buna münasibətiniz necədir?

– Bu mənim üçün anlaşılmaz haldır. Yazırlar ki, teleaparıcının ayağı göründü, belə dayandı və s. Burada qeyri-normal nə var ki? Mən həmişə öz geyim tərzimi bilmişəm. Həddindən artıq açıq-saçıq geyimlərdən istifadə etməmişəm. Kimin üçünsə qısa görünə bilər, mənim üçün normaldır.

– Efirdən kənarda necə geyinirsiniz bəs?

– Sərbəst geyinirəm. Mən rahat olmağımı istəyirəm, heç kim mənim geyimimə müdaxilə edə bilməz. Necə ki, mən heç kimin geyiminə, şəxsi həyatına qarışmıram.

– Şəxsi həyatdan söz düşmüşkən, hələ də subaylıqdır? Bir müddət əvvəl heç vaxt ailə qurmayacağınızı demişdiniz. Bu qərarınız qüvvədən düşməyib ki?

– Xeyr, düşməyib. Qərarımda qətiyəm.

– Ümumiyyətlə, həyatınızda “havalar” necədir?

– Hal-hazırda həyatımda bir “qasırğa” qopmaqdadır.

– Bu nə ilə əlaqədardır? Bəlkə, depressiyadasınız?..

– Depressiyaya düşdüyüm məqamlar olur. Amma özüm-özümü vəziyyətdən çıxartmağı bacarıram.

– Bunu necə bacarırsınız?

– Tənhalığa çəkilməklə, şəhərdən uzaqlaşmaqla.

– Həm tanınmış adamsınız, həm də gözəl və cazibədar… Maraqlıdır, yolda getdiyiniz zaman arxanızca düşüb, söz atmaq istəyənlər olur?

– Bəlkə də buna cəhd etmək istəyənlər olub, amma mənim auram, davranışlarım, bəlkə də onları qorxudur (gülür).

– Ümumiyyətlə, sizcə, gözəlliyinizlə kişi nəzərini özünüzə “darta” bilirsiniz?

– Bu ifadə çox səslənsə də, deyəcəm. Mən tam səmimi deyirəm ki, özümü gözəl hesab etmirəm. Sadəcə olaraq, “şirinliyim” var, bəlkə, ona görə diqqətləri tez öz üzərimə çəkirəm.

– “Sonuncu fəsil” serialı da sizin üçün kifayət qədər uğurlu oldu. Çəkilişlər davam edir?

– Bəli, özümü aktrisa kimi də sınadım. Tamaşaçıların da rəyinə əsasən demək olar ki, işimin öhdəsindən gələ bildim (gülür).

– Aktrisalıq qabiliyyətinizi serialdan savayı harada sınamısınız?

– Dövlət Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında əsas rollardan birini oynamışam. Görək də, xeyirlisi, yəqin, axırıncı yox, axarıncı olar… (gülür).

COMMENTS