Azərbaycanlılar və dağıstanlılar arasında atışma

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar və dağıstanlılar arasında atışma olub. APA-nın  xəbərinə görə, bu barədə “FlashNord”-a şəhərin hüquq-mühafizə orqanlarından bildirilib. 

Məlumata görə, saat 17.00 radələrində baş vermiş insidentdə iştirak edən şəxslərdən ikisi saxlanılıb. 

“Vasilyevski adasında bir qrup azərbaycanlı və dağıstanlılar arasında atışma olub”, – deyə mənbə bildirib.  

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

İnsident zamanı xəsarət alanlar barədə məlumat verilmir.

COMMENTS